Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qırmızı vərəqə alan Mahir Emreli:  "Məni qorxutmur, əksinə sevindirir"

Qırmızı vərəqə alan Mahir Emreli: "Məni qorxutmur, əksinə sevindirir"

UEFA Millətlər Liqasında Bakıda Slovakiyaya 1:3 hesabı ilə məğlub olan Azərbaycan millisinin üzvü qarşılaşmanın 71-ci dəqiqəsində Mahir Emreli qırmızı vərəqə alıb.

 Onun millimizi azlıqda qoyması ciddi tənqidlərə səbəb olub.

 O, sosial şəbəkə hesabında paylaşım edərək tənqidlərə cavab verib:

 “Hörmətli azarkeşlər, ilk öncə dəstəyinizə görə təşəkkür edirəm! Hər biriniz içimdə olan vətən sevgisini, bayraq sevgisini yəqin ki, bilirsiniz. Uşaq yaşlarımdan milli komandanın müxtəlif yaş qruplarında oynamışam və uzun müddətdir ki, Milli komandanın üzvüyəm. Bəzən, içimdəki qalib olmaq istəyi həddindən artıq çox olur. Bu istəyi oyunumda hər zaman göstərmək istəmişəm! Bəzən alınır, bəzən isə yox. Futbol saniyə oyunudur. Elə olur ki, qol vurmaqdan çox bəzən qolun qarşısını da almaq lazım olur və nəticə kartla sonlanır. 

 Durum nə qədər əleyhimə görünsə də, inanıram ki, futbol azarkeşləri məni başa düşür. Təbii ki, tənqid qaçınılmazdır və mən sağlam tənqidə hər zaman açığam! Bir də, bilirəm ki, uman yerdən küsərlər, ona görə mənə qarşı olan istəyiniz və təzyiqiniz çoxdur! Bu, məni qorxutmur, əksinə sevindirir. Daha yaxşı olmağa, daha çox məşq etməyə və daha çox inkişaf etməyə məni sövq edir! Ümid edirəm gələcək oyunlarımda qollarım ilə sizləri sevindirəcəyəm! Bildirmək də istəyirəm ki, tənqidiniz də, sevginiz də, dəstəyiniz də mənim üçün çox dəyərlidir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də