Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda mopedlər cərimə meydançasına aparıldı - SƏBƏB

Bakıda mopedlər cərimə meydançasına aparıldı - SƏBƏB

Nömrəsiz və sənədləri qaydasında olmayan mopedlərin cərimə meydançasından görüntüləri yayılıb.

 Bu barədə kadrlar sosial şəbəkələrdə paylaşılıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev Oxu.Az-a bildirib ki, sözügedən mopedlər xüsusi mühafizə olunan duracaqlarda saxlanılır:

 "Hazırda həmin duracaqlardakı mopedlər İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinin tələblərini pozan mopedlərdir. Bəziləri mopedləri sürücülük vəsiqəsi olmadan və ya spirtli içkinin təsiri altında normativ tələbləri pozaraq idarə edirlər. Bu hal kobud qayda pozuntusu hesab olunur, ona görə də, mopedlər dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılaraq xüsusi mühafizə olunan duracağa yerləşdirilir".

 E.Hacıyev onu da vurğulayıb ki, sürücülərin idarə etdikləri mopedlərin mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bu tip nəqliyyat vasitələri mütləq şəkildə dövlət qeydiyyatından keçməli, onun daimi uçotu aparılmalıdır. Nəqliyyat vasitəsi qeydiyyatdan keçmədikdə və dövlət qeydiyyat nişanı vurulmadıqda moped duracağa aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də