
RegionTV.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Belə ki, ümumi sahəsi 1000 m² olan mebel sexinin yanar konstruksiyaları və içərisinə yığılan boya məhsulları 40 m² sahədə, bitişik ümumi sahəsi 40 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan ”Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yanğın zamanı 1 nəfər xəsarət alıb.
"Redaktor.az"