
Türkiyənin Elazığ şəhərinin Sivriçe rayonunda 4,4 maqnitudada zəlzələ baş verib.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ ocağı təxminən 7 kilometr dərinlikdə yerləşib. Hər hansı tələfat və ya dağıntı qeydə alınmayıb.