
Sumqayıtda parkda kişi meyiti tapılıb
Meyit şəhərin Sülh prospektində yerləşən parkların birində aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
40-45 yaşlarında (şəxsiyyəti dəqiqləşdirilir) kişinin meyiti aidiyyatı üzrə təhvil verilib.
Fakt araşdırılır.