Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“KamAZ”ın qapısı açılaraq qadına dəymişdi - Xəstəxanada öldü

“KamAZ”ın qapısı açılaraq qadına dəymişdi - Xəstəxanada öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Sentyabrın 16-sı Biləcəri qəsəbəsində “KamAZ” markalı yük maşını hərəkətdə olarkən qapısı açılaraq yol kənarındakı piyadaya dəyib. Nəticədə piyada Kəmalə Novruz qızı Rəhmanova ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Tibbi yardıma baxmayaraq o, oktyabrın 13-ü Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Faktla bağlı Binqədi RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də