Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Trampa qarşı üçüncü sui-qəsdin qarşısı ALINDI

Trampa qarşı üçüncü sui-qəsdin qarşısı ALINDI

Kaliforniyada polis ABŞ-ın keçmiş prezidenti və Respublikaçıların prezidentliyə namizədi Donald Trampın çıxış etdiyi yerdən çox da uzaq olmayan şəxsi həbs edib.

Xarici KİV saxlanılan şəxsin əlində silah olduğunu yazıb.

İddia edilib ki, Trampa qarşı üçüncü sui-qəsdin qarşısı alınıb.

“Vem Miller kimi tanınan 49 yaşlı kişi Las-Veqas sakinidir. Onun yanında ov tüfəngi, dolu tapança və yüksək tutumlu maqazin olub”, - ABC7 xəbər verib.

Riverside County Şerif Ofisinin məlumatına görə, başqa bir qətl cəhdinin qarşısı alınmış ola bilər.

Həmin şəxs saxta pasportla mitinq yerinə girməyə cəhd edib.

Həbs edilən Vem Miller adlı şəxs müqavimət göstərməyib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, bu iş üzrə istintaq davam edir.

Bu il iyulun 13-də Trampa qarşı sui-qəsd olub. O vaxt mitinqdə bir nəfər keçmiş prezidentə atəş açsa da, nəticədə yalnız qulağı zədələnmişdi. Daha sonra, sentyabrın 15-də Floridada ona qarşı növbəti sui-qəsd uğursuzluqla nəticələnib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də