"Sosial evlər layihəsi çərçivəsində bu mənzillər aztəminatlı, çoxuşaqlı və gənc ailələrə verilməlidir”.
RegionTV.info xəbər verir ki, Bu sözləri məcburi köçkünlər üçün tikilən 60 mindən çox mənzilin bütün Şəhid və Qazi ailələrinə verilməsindən sonra yerdə qalacaq təxminən 30 minə qədər mənzilin taleyi ilə bağlı müzakirələrə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:
"Bütün haqqı çatan şəhid və qazi ailələri həmin binalarda mənzillə təmin edildikdən sonra dövlət balansında əlavə mənzillər qalacaqsa, təbii ki, bu evlərlə bağlı hansısa qərarların verilməsi lazım gələcək. Bu zaman ən yaxşı variant həmin mənzillərin sosial evlər layihəsi çərçivəsində aztəminatlı, çoxuşaqlı, yaxud da gənc ailələrə verilməsidir”.
Ekspertin fikrincə, bu mənzillər həmin kateqoriyadan olanlara sıfır faizlə və uzunmüddətli ipoteka krediti kimi verilməlidir: "Türkiyədə "sosial mənzil” adlanan layihə var. Bu ölkədə gənc ailələr mənzil sahibi olduqdan sonra icarə pulu verməklə həmin mənzillərə görə aylıq ödənişlər edirlər. Nəticə etibarı ilə 20-25 ildən sonra həmin mənzillərin tam hüquqlu sahibi olurlar. Belə bir mexanizmin Azərbaycanda da işləməsi yaxşı olardı”.
"Sfera.az"
Xəbəri paylaş