Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nazir söz verdi: Yuğ teatrının bina problemi həll ediləcək

Nazir söz verdi: Yuğ teatrının bina problemi həll ediləcək

Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Dövlət Yuğ Teatrının kollektivi ilə görüşüb.

Görüş A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı binasının ikinci mərtəbəsində baş tutub.

 Azərbaycan Dövlət Yuğ Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İslam Həsənov teatrın heyəti ilə görüşə gəldiyi üçün nazirə təşəkkür edib. Direktor teatrın illərdir bina problemi yaşadığını diqqətə çatdırıb. Qeyd olunub ki, 1989-cu ildən studiya kimi, 1992-ci ildən dövlət teatrı kimi fəaliyyət göstərən Yuğ Teatrı 2016-cı ildən etibarən fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirir. Məkan problemi yaradıcı fəaliyyətə və davamlı iş prosesinə mənfi təsir göstərir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də