İdeoloji, milli təhlükəsizlik məsələləri naminə Azərbaycan mediası səfərbər olmalıdır. Bizim qarşımızda müasir dövrün yeni trendləri və çağırışları dayanmaqdadır.
Bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “Müasir mediada yeni trendler: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda keçirilən konfransda çıxış edərkən deyib.
O bildirib ki, milli təhlükəsizlik məsələsində peşəkarlıq və çeviklik məsələsi üstünlük təşkil etməlidir.
“Son vaxtlar dezinformasiya ilə bağlı Azərbaycanın media qurumlarının apardığı fəaliyyət göz önündədir və biz bunu müsbət qiymətləndiririk”, - deyə Mətbuat Şurasının sədri vurğulayıb.