Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində Ermənistanın ikinci prezidenti Robert Köçəryanın və digərlərinin işi üzrə dinləmələr keçirilir. Prosesə hakim Sarkis Petrosyan sədrlik edir.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Xatırladaq ki, Sarkis Petrosyan hakim “Mülki müqavilə” partiyasının üzvü və deputatlığa namizəd olub.
Eks-prezident Robert Köçəryanla yanaşı, keçmiş müdafiə naziri Seyran Ohanyan, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyan da ittiham olunurlar.
Dinləmələr qarşılıqlı iddialarla başlayıb. Köçəryanın vəkili Aram Orbelyan bildirib ki, müvəkkilinə ittiham irəli sürülə bilməz, çünki Konstitusiya Məhkəməsi qərar qəbul etdiyi andan ittihamların ilkin irəli sürüldüyü maddə Konstitusiyaya uyğun gəlmir və qüvvəsini itirib. Hakim Petrosyan o zaman niyə burada olduqlarını soruşub. Daha sonra hakim bildirib ki, Kassasiya Məhkəməsinə sorğu göndərilib və bütün suallara cavab veriləcək. Üstəlik, müttəhim termininin özü müzakirələrə səbəb olub.