Yunanıstan millisinin və "Panatinaikos" klubunun futbolçusu Corc Baldok 31 yaşında dünyasını dəyişib.
Müdafiəçinin meyiti Afinada yerləşən evinin hovuzunda tapılıb.
Onun ölüm səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, C.Boldok İngiltərənin "Şeffild Yunayted", "Oksford", "Tamuort", "Northempton", "Milton Kins dons" və İslandiyanın "Vestmannaeyyar" komandalarının da formasını geyinib. O, Yunanıstan millisinin heyətində 12 oyunda meydana çıxıb.