
Vətən müharibəsi şəhidi Əli Qəmbərovun atası Mahir Qəmbərov vəfat edib.
O, ötən gün yaşadığı Cəlilabad rayonunda dünyasını dəyişib.
Əli Qəmbərov 2002-ci ildə anadan olub. 2020-ci il oktyabrın 6-sı Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.