Sumqayıt şəhər bələdiyyəsinin sədri Sultan Əsədov vəzifəsindən istefa verib.
RegionTV.info APA-ya istinadən xəbər verir ki, 64 yaşlı S.Əsədov istefa ərizəsi yazıb.
O, 2016-cı ilin aprel ayından Sumqayıt bələdiyyəsinə sədrlik edirdi. S.Əsədovdan əvvəlki sədr olan Əbülfəz Babayev də istefa verərək vəzifəsindən getmişdi.
Sədr vəzifəsi müvəqqəti olaraq bələdiyyənin sədr müavini Sərviz Süleymanova tapşırılıb.
Qeyd edək ki, Sumqayıt şəhər bələdiyyəsinin 19 üzvü var. Onlardan biri, sədr müavini olan Musa Həsənov bu yaxınlarda koronavirusdan dünyasını dəyişib.
Xəbəri paylaş