Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Alimlər Günəşin sönməsinin ssenarisini açıqladılar

Alimlər Günəşin sönməsinin ssenarisini açıqladılar
Kaliforniya Universitetinin astrofiziki Keminq Çjanqın rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu Günəşin sönməsi ilə Yerdəki həyatın yoxa çıxa biləcəyini bildirib.

Onlar Yerin gələcək taleyini xatırladan ekzoplanet kəşf ediblər. O, Süd Yolundan 4 min işıq ili uzaqlıqda yerləşir və ölçüsünə görə Yerlə müqayisə edilə bilər.

“Nature Astronomy” jurnalında dərc olunan materialda qeyd olunur ki, alimlər Kek Rəsədxanasında (Havay) apardıqları müşahidələr vasitəsilə ekzoplaneti daha ətraflı tədqiq ediblər. Məlum olub ki, bir vaxtlar bu planetdə həyat üçün əlverişli şərait olub, lakin sonradan onun öz “Günəşi” sönərək qırmızı nəhəng kütləyə - ağ “cırtdana” çevrilib.

Tədqiqat materialında qeyd olunur ki, ekzoplanetin özü yerindən tərpənmiş kimi görünür və indi Yerin orbitindən iki dəfə böyük orbitdə yerləşir. O, “xilas olub”, lakin tutqun ağ cırtdanın “yaşayış zonasından” xeyli uzaqda yerləşir.

Astrofiziklər Günəşin genişlənərək Merkuri və Veneranı uda biləcəyi nəzəriyyəsini irəli sürürlər. Əgər Yer planeti xilas olarsa, o, indiki ölçüsündən iki dəfə çox olan bir orbitə çıxacaq. Günəşin qırmızı nəhəngə keçid prosesi təxminən 1 milyard ildən sonra başlaya bilər və təxminən 8 milyard ildən sonra o, “ağ cırtdana” çevriləcək.

Çjanq vurğulayıb ki, Günəşin Yer kürəsini udacağını dəqiq söyləmək mümkün deyil, lakin istənilən halda, planetin okeanları buxarlanana qədər onun daha 1 milyard il yaşaması mümkün olacaq. Bundan əvvəl Rusiyanın Perm Politexnik Universitetinin astronomu Yevgeni Burmistrov Ayın illik 4 santimetr yerdəyişməsinin Yer üçün fəsadlarından danışıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də