Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiyaya ən çox nə satırıq, nə alırıq... - RƏQƏMLƏR

Rusiyaya ən çox nə satırıq, nə alırıq... - RƏQƏMLƏR

Oktyabrın 8-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub. Dövlət başçıları görüş zamanı iqtisadi əlaqələrdən bəhs edib. Putin bildirib ki, iki ölkə arasında əmtəə dövriyyəsi 4 dəfədən çox – 4,3 milyard dollardır.

 "Bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur. Energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var. Onların hamısı perspektivlidir, realdır, həm ikitərəfli, həm də çoxtərəfli layihələr aktualdır", - o qeyd edib.

 Dövlətimizin başçısı da qeyd edib ki, ikitərəfli münasibətlərimizin dinamikası kifayət qədər nəzərə çarpır: "Avqust ayında Bakıda əldə olunmuş qərarların yerinə yetirilməsi çərçivəsində artıq müxtəlif strukturların nümayəndələri səviyyəsində, hökumət üzvləri arasında çoxlu təmaslar olub".

 

Modern.az mövzunun aktuallığını nəzərə alaraq Rusiya və Azərbaycan arasında iqtisadi əlaqələri araşdırıb.

 Son 1 ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 5,7 faiz artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 8 ayında Azərbaycanla Rusiya Federasiyası arasında ticarət dövriyyəsi 2 milyard 947 milyon dollar dollar təşkil edib.
 2024-cü ilin yanvar-avqust aylarında ümumi mal dövriyyəsinin 767 milyon dolları Azərbaycandan Rusiyaya ixracın, 2, 2 milyard dollar isə qonşu ölkədən idxalın payına düşüb. 
 Azərbaycan xarici ticarət ləaqələrində Ruasiyanın payı 9,51 faizdir. Bu göstəriciyə görə Rusiya İtaliya və Türkiyədən sonra ölkəımizin üçüncü böyük ticarıt tərəfdaşıdır.
 Azərbaycanın xarici ölkələr məhsul ixracının 4,1  faizi Rusiyanın payına düşür. Bu göstəriciyə görə Rusiya ötrən illə müqayisədə bir pillə irəliləyərək İtaliya, Türkiyə və İsraildən sonra 4-cü yerdə qərarlaşıb.  
 Qonşu ölkənin  Azərbaycanın idxalında xüsusi çəkisi 17 faiz təşkil edir.  Hələlik Azərbaycanın idxalında Rusiyanın yalnız Çin çox cüzi fərqlə qabaqlayır.  Ötən ilin avqust ayının yekunlarına görə Rusiya Azərbaycanın idxalında birinci yerdə idi.
 Statistik məlumatına görə 2023-cü ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 4 milyard 359 milyon dollar təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 17,5 faiz çoxdur. 
 2023-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiyanın payı 8,6 faiz təşkil edib.
 Azərbaycanın qeyri-neft məhsulları ixracında ən böyük poaya malik ölkə Rusiyadır-34 faiz. Bu göstəriciyə görə ikinci yerdə olan Türkiyə 18 faiz paya malikdir.
 Ötən Azərbaycandan Rusiyaya 3,2 milyard dollar dəyərində mal göndərilib, eyni zamandan qonşu ölkədən 1,1 milyard dollarlıq mal gətirilib.
 Azərbaycan Rusiyaya əsasən qeyri-neft məhsulları ixrac edir. Azərbaycan Rusiyaya meyvə və tərəvəz, konservlər, şərabçılıq məhsulları, tütün, kerosin, müxtəlif kimya məhsulları, pambıq ipliyi və s. satılır.
 Rusiyadan Azərbaycana mal və quş əti, kərə yağı və süd, balıq məhsulları,  yumurta, kartof, buğda, un və un məmulatları, marqarin və bitki yağları, alkoqollu içkilər, dərman vasitələri, tütün məmulatları,  iribuynuzlu heyvanlar, ev quşları, sürtkü yağları, elektrik enerjisi, qaz,  kimya sənayesi məhsulları, kağız, müxtəlif məişət cihazları gətirilir.
 Rusiya ilə Azərbaycan arasında ticarət və energetika, sənaye və kənd təsərrüfatı, logistika və nəqliyyat, turizm sahələrdə əməkdaşlıq mövcuddur.  
 Azərbaycanda Rusiya biznesi ilə əczaçılıq və neft-kimya, qida sənayesi və şərabçılıq, mədən sənayesi və tikinti materiallarının istehsalı, avtomobil sənayesi və avadanlıqlara texniki xidmət sahələrində müəssisələri fəaliyyət göstərir.
 Azərbaycan sahibkarları isə Rusiyada aqrobiznes, meşə təsərrüfatı və turizm sektorlarına maraq göstərir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də