
RegionTV.info qol.az-a istinadən xəbər verir ki, bu barədə 62 yaşlı mütəxəssis özü danışıb. İspaniyalı çalışdırıcı "Barselona"dan tələb etdiyi təzminatın ödənilmədiyini və hələ də gözlədiyini bildirib: "Barselona" hələ də mənə pul ödəməyib. Gözləyirik".
Setyen istefaya göndərildikdən sonra məşqçinin vəkilləri qarşı tərəfdən 4 milyon avro verilməsini tələb edir.
Qeyd edək ki, 2020-ci ilin yanvarında "Barselona"nın baş məşqçisi vəzifəsinə təyin olunan Setyen komandanın uğursuz nəticələrinə görə avqustunda istefaya göndərilmişdi.