Oktyabrın 8-də keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasından yayılan Ermənistan Baş naziri Nikol Paşinyanın fotosu ermənilərin kəskin tənqidinə səbəb olub.
Paşinyanın Azərbaycan bayrağı qarşısında boynubükük formada durması ermənilər tərəfindən narazılıqla qarşılanıb.
Paşinyan hökumətinə yaxın teleqram kanalları Kremlin mətbuat katibi Dmitri Peskovun məsələyə aydınlıq gətirməsini tələb edib. Həmçinin, fotonun müəllifi olan "RIA Novosti" agentliyi də tənqidlərə tuş gəlib.
"Ölkəni təmsil edən qanuni seçilmiş lider vicdansız personajların əlində girov ola bilməz", - kanalların biri yazıb.