Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusi olaraq Rusiya lideri Vladimir Putinə ad günü hədiyyəsi göndərib.
Bu barədə jurnalistlərə dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
"Türkiyə prezidenti dünənki zəngindən əvvəl xüsusi olaraq hədiyyə göndərib", - Rusiya prezidentinin köməkçisi bildirib.
Uşakov bunun “yaxşı türk hədiyyəsi” olduğunu açıqlayıb. Eyni zamanda, bu hədiyyənin dövlət qulluqçuları üçün icazə verilən 3 min rubl daxilində olub-olmaması sualına cavab verən Uşakov qeyd etdi ki, hədiyyə "bir az baha"dır.
Putinin doğum günü üçün daha nə aldığı barədə danışan prezidentin köməkçisi “hədiyyələr var” deyə cavab verib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin dünən 72 yaşını qeyd edib.