"Təhsil Nazirliyi yanında İctimai Şuranın rəhbərliyi Təhsil İnstitutunun direktoru Rüfət Əzizov ilə görüşüb. İctimai Şuranın sədri, professor Şahlar Əsgərov, sədr müavini Nadir İsrafilov, məsul katib, fəlsəfə doktoru İlqar Orucov və İctimai Şuranın üzvü, deputat Etibar Əliyev görüşdə iştirak ediblər".
RegionTV.info xəbər verir ki, bunu AzEdu.az-a açıqlamasında məsul katib İlqar Orucov bildirib. O, müzakirənin əsas məqsədini də açıqladı:
"Təhsil İnstitutunda planlaşdırılan, həyata keçiriləcək işlər barədə direktor Rüfət Əzizov şura rəhbərliyinə ətraflı məlumat verib. Həmçinin, İctimai şura ilə Təhsil institutu arasında gələcəkdə əlaqələrin daha da genişləndirilməsi və bütövlükdə təhsilin inkişafına yönələn mövzular müzakirə olundu.
Müzakirə zamanı təhsilin aktual problemlərindən də danışıldı. Yaxın günlərdə İctimai şuranın ofisində Təhsil instutunun rəhbərliyi ilə daha əhatəli tərkibdə danışıqlar aparılması ilə bağlı razılıq əldə olundu. Müzakirənin əsas məqsədi Azərbaycan təhsilinin inkişafı üçün fəaliyyətlərin və səylərin birləşdirilməsidir".
Xəbəri paylaş