Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vəzifəyə gəldikdən 6 gün sonra öldürüldü

Vəzifəyə gəldikdən 6 gün sonra öldürüldü

Meksikanın Çilpansinqo şəhərinin meri Alexandro Arkos vəzifəsinin icrasına başladıqdan 6 gün sonra öldürülüb.

 Alexandro Arkosun qətli ilə bağlı cinayət işi açılıb. Onun ölümü sosial şəbəkələrdə pikapın damında kəsilmiş baş və ön sərnişin oturacağında əyləşmiş cəsədin əks olunduğu fotolar dərc edildikdən sonra rəsmi olaraq təsdiqlənib. İstifadəçilər fotolarda Arkosun cəsədinin olduğunu iddia edirlər. Fotoların həqiqiliyi rəsmi olaraq təsdiqlənməyib.

 Qeyd edək ki, üç gün əvvəl şəhər hökumətinin yeni katibi Fransisko Tapiya güllələnib.

 İyunun 2-də Meksikada keçirilən seçkilər ərəfəsində dövlət vəzifəsinə 6 namizəd öldürülüb.

Bu barədə "Reuters"ə istinadən xəbər verilir.

 Çilpansinqo şəhəri Meksikanın cənub-qərbində yerləşir və 280 minə yaxın əhalisi var. Şəhərin daxil olduğ Querrero hökumət rəsmiləri və jurnalistlər üçün ən təhlükəli ştatlardan biridir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də