Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ağcabədidə traktor yük avtomobili ilə toqquşub, ölən var

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən RegionTV.info-ya verilən məlumata görə, yanvarın 19-da saat 18 radələrində Ağcabədi şəhəri ərazisində Gəncə şəhər sakini N.Yusifovun idarə etdiyi "MAN" markalı yük avtomobili Bərdə rayon sakini Ə.Fətəliyevin idarə etdiyi "MTZ" markalı traktorla toqquşub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.Fətəliyev orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də