Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qazaxıstanda “sükut günü”dür

Qazaxıstanda “sükut günü”dür

Bu gün, oktyabrın 5-də Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı referendumdan əvvəl “sükut günü” başlayıb.

 “sükut günü” və bilavasitə referendum keçirilərkən hər hansı təşviqat fəaliyyəti qadağandır.

Oktyabrın 6-da 10 mindən çox, o cümlədən xaricdə 70-dən çox seçki məntəqəsi səsvermə üçün açılacaq. Seçici siyahılarına 12 milyondan çox vətəndaşın adı daxil edilib.

Atom elektrik stansiyasının tikintisi ilə bağlı referendumu 30 ölkədən 177 beynəlxalq müşahidəçi izləyəcək.

Xatırladaq ki, sentyabrın 2-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində oktyabrın 6-da referendumun keçiriləcəyini bəyan etmişdi. Həmin gün səsvermə hüququ olan Qazaxıstan vətəndaşlarının yarıdan çoxu iştirak edərsə, referendum etibarlı sayılacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də