Türkiyənin Aydın vilayətinin Nazilli rayonunda yük maşınında 5 ton saxta bal ələ keçirilib.
Aydından Ankaraya saxta bal göndəriləcəyi məlumatı daxil olduqdan sonra jandarm qüvvələri araşdırma aparıb.
Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin yerli idarəsinin əməkdaşlarının iştirakı ilə əməliyyat təşkil edilib. 5 ton saxta bal götürülüb.
2 şübhəliyə 655 min lirə inzibati pul cəzası kəsilib.