Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncə Dövlət Universitetində Müəllimlər Günü qeyd edilib

Gəncə Dövlət Universitetində Müəllimlər Günü qeyd edilib

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

dbiri giriş sözü ilə açan universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva bildirib ki, bu gün həyatını xalqın işıqlı gələcəyinə həsr edən, insanların layiqli vətəndaş kimi yetişməsində əvəzsiz rolu olan müəllimlərin peşə bayramıdır. Beynəlxalq Müəllimlər Günü  YUNESKO-nun qərarı ilə 1966-cı ildən, Azərbaycanda isə  1993-cü ildən qeyd edilir. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb.  Ölkəmizdə təhsilin inkişafı istiqamətində islahatlar artıq öz bəhrəsini verir. Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.

Tədbirdə rektorun baş müşaviri Asif Cavadov, Universitet AHİK-in sədri Afaq Qasımova, Botanika kafedrasının müdiri Vaqif Novruzov,  Leksika və ölkəşünaslıq kafedrasının müdiri Sevda Kazımova və Riyazi analiz kafedrasının müdiri Orucəli Rzayev çıxış edərək bildiriblər ki, Gəncə Dövlət Universitetində müəllim əməyi yüksək qiymətləndirilir. Universitetdə təhsil işçilərinin mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi daim  diqqətdə saxlanılır.

Tədbir iştirakçıları 1 oktyabr 2024-cü il  tarixdən etibarən Gəncə Dövlət Universitetinin əməkdaşlarının maddi-rifah halının daha da yaxşılaşdırılması məqsədilə  əməkhaqlarının 20 % artırılmasına və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə ali təhsil ocağının hər bir əməkdaşına aylıq əmək haqqının 10 %-i miqdarında pul mükafatının verilməsinə görə GDU-nun rektoru Yusif Yusibova təşəkkürlərini bildiriblər.

Tədbirdə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Universitet AHİK və rektorluğun təşəbbüsü ilə GDU-nun 62  nəfər qabaqcıl müəlliminə əlavə pul mükafatının verildiyi də diqqətə çatdırılıb.

Tədbirin davamında bir qrup müəllimə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun imzaladığı Fəxri Fərman təqdim olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də