Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Bakının köhnə yerləri” - “Çəkmə təmizləyən”in heykəli hara yoxa çıxıb? - FOTOLAR

“Bakının köhnə yerləri” - “Çəkmə təmizləyən”in heykəli hara yoxa çıxıb? - FOTOLAR

Son illər Bakının siması çox dəyişib. Bunu müşahidə qabiliyyətinə malik olan köhnə bakılılar - uzun illərdir payxtaxtda yaşayan sakinlər yaxşı bilirlər.

Dəyişikliklər hər şeyi əhatə edir - tikililəri, yaşıllığı, yolları, abidələri... Bakının insanları da dəyişib...

Köhnə abidələrdən söz düşmüşkən, bulvara gedən yolda - Neftçilər prospekti 36 ünvanında yerləşən Kukla Teatrının yanında bir heykəl vardı – “Çəkmə təmizləyən”in heykəli.

Kukla Teatrının yanındakı yeraltı keçiddən çıxanda sağ tərəfdə qoyulmuş heykəl həmişə diqqət çəkirdi... Həmin heykəl çoxdandır oradan götürülüb.

Modern.az saytı “Bakının köhnə yerləri” rubrikasında həmin heykəlin fotoşəkillərini təqdim edir.

Yolu Kukla Teatrının yanından düşən nisbətən yaşlı insanlar yəqin ki, həmin heykəli xatırlayırlar... Bəs onu niyə götürüblər, hara qoyublar?

Əməkdaşımız heykəllə bağlı kiçik bir araşdırma aparıb. Məlum olub ki, “Çəkmə təmizləyən”in heykəlini Dənizkənarı Bulvar İdarəsi götürüb. Abidənin hazırda idarənin anbarında saxlanıldığı bildirilir.

Heykəlin götürülməsinin səbəbinə gəlincə, deyilənə görə vəzifəli şəxslərdən kimsə həmin abidənin  mentalitetimizə zidd olduğunu, nökərliyi tərənnüm etdiyini söyləyib və təklif edib ki, onu götürmək lazımdır. Bu təklif Dənizkənarı Bulvar İdarəsinə çatandan sonra “Çəkmə təmizləyən”in tunc heykəli həmin yerdən götürülüb.

Xaricdə belə heykəllər çoxdur... Bunu başqa ölkələri gəzib-görənlər bilirlər... Oxucular nə düşünür, doğrudanmı belə heykəllər bizə başucalığı gətirmir?..

1385072

1385073


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də