
RegionTV.info xəbər verir ki, iki qardaş ölkənin dövlət bayraqlarını paylaşımına əlavə edən nazir bunları yazıb:
"20 yanvar 1990-cı ildə Can Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən qardaşlarımızı rəhmətlə anıram. Şəhidlərin simvolu olan qərənfillər bu gün Azərbaycan torpağının simvolu xarıbülbül ilə birlikdə çiçəkləyir. Üç rəngli bayrağınla xoşbəxt yaşa, Can Azərbaycan!”.
