Prezident Co Bayden deyib ki, o, İsrailə raket hücumuna cavab olaraq İranın nüvə proqramı ilə əlaqəli obyektlərinə hücumu dəstəkləməyəcək.
Baydenbu barədə jurnalistlərə açıqlamasında danışıb. O, İranın İsrailə raket zərbələri endirdikdən sonra belə bir cavabı dəstəkləyib - dəstəkləməyəcəyi ilə bağlı suala “Mənim cavabım “yox!” deyib.
Bayden bu açıqlamanı Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Böyük Britaniyadan olan Yeddilik Qrupunun liderləri ilə İrana qarşı yeni sanksiyaları əlaqələndirmək üçün telefonla danışdıqdan sonra edib.