Heydər Əliyev prospektinin Hava Limanı qovşağından Sabunçu qovşağına qədər olan hissəsində hər iki istiqamətdə nişanlanma xətlərində dəyişikliklər edilir.
Yolun 11 km hissəsində zolaqlar bərpa olunub:
"Uzun illərdir qanunvericiliyin tələblərinə uyğun olmayan və sürücülərin narazılığına səbəb olan qoşa xətt silinərək qırıq xətlə əvəz olunur. Bu dəyişikliklər yolda nəqliyyat vasitələrinin nizamlı hərəkətinə və təhlükəsizlik səviyyəsinin artmasına imkan verəcək. Daha əvvəl sürücülər yalnız icazə verilən məhdud yerlərdə yerdəyişmə edə bilirdilər ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırırdı.
Artıq Sabunçu yol qovşağı istiqamətində işlər yekunlaşıb. Görülən işlər çərçivəsində üfüqi nişanlanma xətləri də yenilənib".