Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bir şəklin tarixçəsi: BTR-i düşmənin BMP-si üstünə sürən GİZİR

Bir şəklin tarixçəsi: BTR-i düşmənin BMP-si üstünə sürən GİZİR

Vətən müharibəsinin 4-cü ildönümüdür... Dünən şəhidlərimizi andıq... 

Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsini 10 noyabrda qələbə ilə yekunlaşdıraraq, 44 günlük şanlı tarix yazdı.
 Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil Vətən müharibəsinin gedişində lentə alınıb.

Zaman 2020-ci il sentyabrın 29-u... Məkan Tərtərin Talış kəndi istiqaməti..

Şəkildə gördüyünüz üstdəki BTR bizimkilərin, altdakı BMP-2 isə ermənilərindir.

Bu döyüş barədə Modern.az-a orada iştirak etmiş hərbçilərimiz danışıblar.

1353 adlanan yüksəklik Talış yaşayış məntəqəsinin əldə saxlanılması üçün böyük strateji əhəmiyyətə malik idi. Yüksəkliyi müdafiə etmək üçün polkovnik-leytenant Əfqan Abdurahmanovun (şəhid olub, Vətən Müharibəsi qəhrəmanıdır) rəhbərliyi ilə əsgərlərimiz müdafiə mövqeyi qurmuşdular, müxtəlif istiqamətlərdən yüksəkliyin mühafizəsi təşkil edilmişdi.


Sentyabrın 29-u günortaya yaxın düşmən qəfildən bir tank, bir BMP-2 və təxminən 30 nəfərdən artıq canlı qüvvə ilə hücuma keçir.


Kəhrilər (Kəhillər) xarabalığı yaxınlığında qanlı, əlbəyaxa döyüş başlayır. Düşmənin irəliləməsinə, zirehli texnikanın mövqeyimizə girməsinə imkan vermək olmazdı. İlk növbədə zirehli texnika sıradan çıxarılmalı, sonra canlı qüvvə məhv edilməli idi.

Əsgər Oruc İbişli yaxın məsafədən qumbaraatanla erməni tankını vurur. Xeyli irəli soxulmuş BMP-2 isə daha böyük təhlükə yaradırdı. Çıxılmaz vəziyyət  yaranmışdı. BMP-2-dən durmadan mövqelərimizə atəş açılırdı.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də