Rusiyanın Arxangelsk vilayətində "Robinson R44" helikopteri radarlardan itib.
Helikopterdə Arxangelsk Şəhər Dumasının deputatı Sergey Smetanin və iş adamı Aleksey Semyonov var.
İlkin məlumatlara görə, sonuncu dəfə helikopterin yeri dünən saat 21:00 radələrində Bıçye kəndi ərazisində qeydə alınıb. Mənbələrin məlumatına görə, helikopter Karandaşevskaya kəndinə uçurmuş.
Lakin uçuş qeydə alınmayıb. Buna görə də helikopterin son təyinat yerinə çatmaması yalnız bu gün saat 16:30-da məlum olub.
Ekipajla da əlaqə qurmaq mümkün deyil. Hazırda xilasedicilər helikopterin axtarışına başlayıblar.