Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Əbədi nazir" istefa verdi

"Əbədi nazir" istefa verdi

Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının hökumətində “Əbədi Nazir” kimi tanınan Tea Tsulukiani mədəniyyət və idman naziri vəzifəsindən istefa verib.

Bu barədə T.Tsulukiani özü məlumat yayıb. 

“Sabah mənim nazir postunda son iş günümdür. Bundan sonra mən parlamentdə fəaliyyət göstərəcəm”, - deyə Tsulukiani söyləyib. 

 T. Tsulukiani hakim partiyanın seçki siyahısında ilk onluqdadır.

 Qeyd edək ki, Tea Tsulukiani “Gürcü arzusu” hökumətinin ən təcrübəli naziri hesab olunur. O, 2012-ci ildə Baş nazir Bidzina İvanişvilinin kabinetində ədliyyə naziri olub. Sonra daha beş hökumət başçısının - İ.Qaribaşvili, G.Kvirikaşvili, M.Baxtadze, Q.Qaxariya və İ.Kobaxidzenin kabinetində nazir olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də