Sevinc Həsənova Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilib.
Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.
Sevinc Həsənova bundan əvvəl iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, sözügedən vəzifəni əvvəllər Azər Əmiraslanov tutub.
O, VII çağırış Milli Məclisin deputatı seçilib. Qeyd edək ki, Azər Əmiraslanov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri seçilib.