Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Paşinyanın bu fotosu radikal erməniləri DƏLİ ETDİ

Paşinyanın bu fotosu radikal erməniləri DƏLİ ETDİ

Ermənistanın baş naziri Nikol Paşinyan ötən axşam Nyu-Yorkdakı “Türk evi”ndə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə Ərdoğan “Daha ədalətli bir dünya mümkündür” adlı imzalı kitabını Paşinyana hədiyyə edib.


Nikol Paşinyanın kitabı alandan sonra kameralara gülərək poza verməsi erməni cəmiyyətində birmənalı qarşılanmayıb. Paşinyanın Ərdoğanla çəkdirdiyi fotoşəkil bütün erməni KİV-lərini "bəzəyib".

Baş nazirin hərəkətindən qəzəblənən radikal düşüncəli və revanşist xislətli ermənilər ona qarşı nifrət və kinlərini sosial şəbəkələrdə qusublar..

Paşinyana nifrət edən ermənilər onun düşmən dövlət başçısının kitabını niyə belə sevinclə qəbul etməsi ilə bağlı çox qəzəbli statuslar paylaşılıb. Bu paylaşımların bəziləriondə “Paşinyan erməniləri dəli edir” tipli şərhlər yazılıb.

Məsələn, Aram Manukyan adlı erməni hiddətindən “Bu görüş üçün “Artsax” və minlərlə erməni qurban verildi”, - deyə qeyd edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də