Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İlk qadın baş nazir kimi mükafatlandıracaq

İlk qadın baş nazir kimi mükafatlandıracaq

BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edən İtaliyanın Baş naziri Ciorcia Meloniyə nüfuzlu “Qlobal Vətəndaş Mükafatı 2024” təqdim olunacaq.

Nüfuzlu analitik mərkəzlərdən biri olan “Atlantik Şura”nın mükafatını Ciorcia Meloniyə “Tesla”, “X” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask təqdim edəcək.

 İtaliyanın Baş naziri Avropa İttifaqına və Transatlantik Alyansa güclü dəstəyinə, həmçinin ölkəsinin 2024-cü ildə “Böyük Yeddiliyə” (G7) sədrliyinə görə bu mükafata layiq görülüb.

 Qeyd edək ki, mükafat hər il BMT-nin Baş Assambleyası çərçivəsində qlobal səviyyədə fərqlənmiş beynəlxalq şəxsiyyətlərə təqdim olunur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də