Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistan-Rusiya iqtisadi əlaqələrində “çiçəklənmə”

Ermənistan-Rusiya iqtisadi əlaqələrində “çiçəklənmə”

Ermənistanın iqtisadi cəhətdən ayaqda qalmasının əsas səbəbinin Rusiya amili olduğu sir deyil.

İstər sovet dövründə, istər sə də müstəqillik illərində Ermənistan daim himayə alıtında olub.

Ölkənin mövcud iqtisadi potensialı davamlı inkişaf üçün yetərli olmasa da xaricdən gələn yardımlar və Rusiyanın dəstəyi nəticəsində problemlərini birtəhər həll edə bilib.

Son illər bu ölkənin iqtisadi göstəricilərində, xüsusilə xarici ticarət dövrüiiyəsində nəzərəçarpacaq sıçrayış müşahidə olunur.

Ermənistanda hansısa istehsal sahənin ciddi inkişaf dövrünə qədəm qoyduğunu müşahidə etmirik.

Ciddi istehsal olmayan yerdə xarici ticarətin bu səviyyədə artmasını şərtləndirən nədir?

2024-cü ilin yanvar-avqust aylarında Ermənistanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü iləmüqayisədə 2 dəfəyədək artaraq 20,4 milyard dollar olub.

7 ayda ixrac 2,2 dəfə artaraq 8,7 milyard dollara, idxal isə 79 faiz artaraq 11,6  milyard dollara çatıb.

Maraqlıdır, Cənubi Qafqazda istehsal olunan ümumi daxili məhsulun 60 faizini təmin edən Azərbaycanın ticarət dövriyyəsi 7 ayda 26 milyard dollar olub.

Artıq Ermənistanın xarici ticarət dövriyyəsi Azərbaycanın göstəricilərinə yaxınlaşmaqdadır.

Azərbaycanın neft-qaz ehtiyatı və böyük iqtisadi potensialı olduğu halda məhdud iqtisadi imkanlara malik Ermənistanda xarici ticarətin bu səviyyədə “çiçəklənməsinin” səbəbi nədir?

Bu ölkənin ticarət dövriyyəsinin dinamikasına baxanda aydın olur ki, artımın hərəkətverici qüvvəsi Rusiya ilə ticarət əlaqələri olub.

Əlaqələrin dinamikasına baxanda aydın olur ki. Rusiya və Ermənistan araslında ticarət dövriyyəsi nəinki aazalıb, əksinə sürətli templərlə artıb və artmaqda davam edir.

Məsələn, bu ölkələr arasında 2020-ci ildə ticarət əməliyyatlarının həcmi 2,3 milyard dollar təşkil edib.

Bir il sonra bu rəqəm 2,6 faizə qalxır. Əslində 13 faizlik artım o qədər də diqqəti cəlb eləmir.

2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayır.  Həmin il Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 2 dəfəyə yaxın 92 faiz artaraq 5 milyard dollar keçir.

2023-cü ildə artım tempi bir qədər zəifləyir- 43 faiz. Amma dövriyyə 7,3 milyard dolları üstələyir.

2024-cü ildə göstəricilər pik həddə çatır.

Təkcə ilin ilk yarısında ticarət dövriyyəsində artım əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çox olur.

Artıq yarım ildə ölkələr arasında ticarət əməliyyatları 8,3 milyarddan çoxdur.

Proqnozlara görə ilin sonuna bu rəqəm 14-16 milyard dollara çatmalıdır.

Durğunluqda olan Ermənistan iqtisadiyyatının  mövcud potensialı müstəqil şəkildə ticarət dövriyyəsinin belə kəskin artımını təmin edə bilməz.

Görünür, Moskva ilə İrəvan arasındakı siyasi baxışlar nə qədər fərli olması əslində diqqəti yayındırmaq üçündür.

İrəvanın qərbyönlü kursu və Ermənistan-Rusiya siyasi münasibətlərində “soyuqlaşma” haqqında hekayələr  Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsində özünü göstərmir.  

Əgər doğrudan da böhran olsaydı bu iqtisadi əlaqələrə təsir edər, xarici ticarətdə özünü biruzə verərdi.

Cavab aydındır.

Son illərdə  Ermənistanda ticarət dövriyyəsinin sürətli artımı ilk növbədə xarici malların və avadanlıqların, o cümlədən ikili təyinatlı məhsulların təkrar ixracı və idxalı hesabına təmin edilib.

ABŞ və Avropa İttiifaqı ölkələrinin sanksiyaları ilə üzləşən Rusiya şərkətləri Ermənistanla əməkdaşlığa can atırlar.

Rusiya şirkətləri Ermənistana mal ixrac edir. Sonradan bu məhsullar Ermənistan istehsalı adı ilə qərb bazarlarına çıxır.

İxrac təkrar ixracın hesabına sürətlə artır.

Ermənistanın ixrac etdiyi 8,4 milyard dolların 21,5 faizini və  ya 1,8 milyard dolları qızıl, 7 faizi və  ya 589 milyon dolları almaz ixracı olub.

Ümumilikdə, bütün ixracın 28,5 faizi  Rusiya qızıl və almazlarının payına düçüb.

Bu məhsullar əsasən, Birləşmiş Ərəb Əmirlikləri və Honq Konqa təkrar ixrac olunub.

Ermənistanın Rusiyaya malların təkrar ixracı hesabına sürətlə zənginləşməsi İrəvana imkan verdi ki, xaricdən, o cümlədən Qərbdən silah alışının həcmini xeyli artırsın.

Belə çıxır ki, Rusiya Ermənistana pul qazanmaq imkanı verir, lakin Qərb buna göz yummağa davam edir.

Anti-Rusiya sanksiyalarını fəal şəkildə tətbiq edən və onlardan yan keçənləri tənqid edən Paris, Brüssel və Vaşinqton Ermənistanın əlavə vəsaitləri haradan əldə etdiyini isə  çox gözəl anlayır.

Ermənistanın xarici ticarət dövriyyəsindəki artım sanksiyalardan yayınmaq nəticəsində yaranan süni və qısamüddətli artımlardır.

Bu, uzunmüddətli dövr üçün Ermənistan iqtisadiyyatı və ticarət dövriyyəsi üçün heç də artım anlamına gəlməməlidir.

Vəziyyət sabitləşən və hər şey qaydasına düşən kimi Ermənistan iqtisadiyyatı əvvəlki termplərinə qayıdacaq.

Bu zaman ölkə üçün vəziyyət daha aсınacaqlı olacaq.  


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də