Bu məsələ yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının gündəliyinə daxil edilib.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatı Əli Əhmədov Milli Məclis sədrinin I müavini seçilib.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) deputatı Rafael Hüseynov, YAP-ın üzvü Ziyafət Əsgərov, bitərəf Musa Qasımlı isə Milli Məclisin sədr müavinləri olub.
Qeyd edək ki, namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Sahibə Qafarova Milli Məclisin sədri seçilib.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.