Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Avtomobil alarkən dələduzlardan necə qorunaq? - Ekspertdən CAVAB

Avtomobil alarkən dələduzlardan necə qorunaq? - Ekspertdən CAVAB

Azərbaycanda son dövrlər avtomobil alğı-satqısı zamanı dələduzluq halları ilə bağlı xəbərlərin artdığı müşahidə edilir. Xüsusilə lizinqlə satılan avtomobillərdə dələduzluq hallarına rast gəlinir.

 Məsələ ilə bağlı danışan nəqliyyat eksperti Eldəniz Cəfərov dələduzluqdan qorunmağın yollarını açıqlayıb.

O bildirib ki, dələduzluqdan qorunmağın ən yaxşı üsulu alğı-satqı, sövdələşmə prosesinin yazılı şəkildə aparılmasıdır.

 "Yəni əldə mütləq bir sənəd olmalıdır. Bu sənədlərdə sifariş edən və sifarişi qəbul edən tərəfin, daşınmanı çatdıran, satışı və alışı həyata keçirənlərin hamısının imzası orada olmalıdır. Əgər avtomobil satışı həyata keçirən fiziki yox, hüquqi şəxsdirsə, yaxşı olardı ki, orada imza ilə yanaşı möhür də olsun və hüquqi şəxsin ünvanları göstərilsin. Avtomobili sifariş edən və alan şəxs mütləq maraqlanmalıdır ki, bu şirkət ümumiyyətlə mövcuddur, yoxsa yox. Belə şirkət mövcud ola bilər, lakin onun, müəyyən səbəblərdən müflis olub, bağlanması da mümkündür. Bunu da araşdırmaq lazımdır. Sözügedən proses heç də çətin deyil. Vergi xidmətinə müraciət etməklə bunu bilmək olar", - ekspert qeyd edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də