
Bunu NPR radiostansiyası, “PBS NewsHour” proqramı və “Marist” sosioloji şirkətinin keçirdiyi sorğunun məlumatları göstərir.
Sorğu nəticələri amerikalıların 47 %-nin belə düşündüyünü göstərib.
Respondentlərin 16 %-i isə Trampın ABŞ tarixinin ən yaxşı prezidentlərindən biri kimi xatırlanacağına inanırlar.
“Tramp necə xatırlanacaq” sualına rəyi soruşulan amerikalıların 11 %-i “ortadan yaxşı” və “nisbətən orta”, 13 %-i isə “ortadan daha pis” cavabını verib.
Sorğu yanvarın 11-dən 13-dək olan dövrdə aparılıb və 1 173 respondent iştirak edib.