
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə xaricində olacağı üçün ona vitse-prezident Cevdet Yılmaz vəkalət edəcək.
Bu barədə TRT məlumat yayıb.
Belə ki, "Resmi Gazete"də dərc olunan qərara əsasən, vəkalət prosesi 21-26 sentyabr 2024-cü il tarixləri arasında baş tutacaq.
Buna səbəb Ərdoğanın 21-26 sentyabr tarixlərində ABŞ-da səfərdə olmasıdır. O, BMT Baş Assambleyasının toplantısında iştirak edəcək.
Türkiyə Cümhuriyyəti Konstitusiyasının 106-cı maddəsinin tələblərinə uyğun olaraq Yılmaz Ərdoğan səfərdən qayıdana qədər ona vəkalət edəcək.