Sabah Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.
Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən bildirilib ki, Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası sentyabrın 21-də saat 15:00-a təyin edilib.