
Xarici ölkələrin ali məktəblərində dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2023/2024-cü tədris ilinin əvvəlinə 997 nəfər olub.
Bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” adlı rəsmi statistik məcmuəsində əks olunub. Məcmuədə bildirilir ki, onların 217-si MDB məkanında, 780-i isə digər ölkələrdə təhsil alır.