
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Muğan qəsəbəsi ərazisində R.Babayev, S.Mehdiyev və A.Əhmədzadə qanunsuz ov etdiklərinə görə saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Saxlanılan şəxslərdən 2 ədəd ov tüfəngi, süni maketlər və ovladıqları çöl quşları götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.