
RegionTV.info-nun məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin açıqlamada belə deyilir.
Rusiyalı hərbçilər təlim tapşırıqlarını Xankəndi poliqonunda yerinə yetiriblər.
Atəş təlimləri zamanı hərbçilər avtomatlardan, pulemyotlardan, snayper tüfənglərindən və antitank silahlarından istifadə etməklə müxtəlif növ hədəflərə atəş açıblar.
Rus sülhməramlılarının müşahidə məntəqələrindəki gecə-gündüz növbətçiliyinə baxmayaraq, hərbi kontingentin komandanlığı döyüş hazırlıqlarının əsas növləri, o cümlədən taktiki, taktiki-xüsusi, atəş, habelə döyüş maşınları və digər xüsusi avtomobil texnikalarını idarə etmək tapşırığını planlaşdırıb.
Ümumilikdə 200-ə yaxın rus hərbi qulluqçısı döyüş hazırlığına cəlb olunub.