Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sabah Azərbaycanda iş günü deyil? - Rəsmi CAVAB

Sabah Azərbaycanda iş günü deyil? - Rəsmi CAVAB

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

Dövlət Suverenliyi Gününün ölkəmizdə iş günü hesab edilib-edilməməsi müzakirə edilir.

 Sözügedən sərəncamdan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.

Nazirlər Kabinetindən isə sorğuya cavab olaraq bildirilib ki, 20 sentyabr hələlik iş günü hesab edilən bayram günü olacaq.

 

Azərbaycanda qeyri-iş günləri Əmək Məcəlləsinə əsasən tənzimlənir. Məcələyə dəyişiklik etmək isə Milli Məclisin səlahiyyətindədir.

 Məcəlləyə əsasən, Azərbaycanda Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Müstəqillik Günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Zəfər Günü, Azərbaycan Respublikasının Dövlət bayrağı günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı günləri iş günü hesab edilmir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də