Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Cəlilabad sakininin maşınından 32 kq narkotik çıxdı

Cəlilabadda şübhəli avtomobil saxlanıb. Axtarış zamanı maşından 30 kq -dan çox narkotik vasitələr aşkarlanıb. Daxili İşlər Nazirliyi isə ümumiyyətlə narkotiklərlə bağlı görülən tədbirlər haqqında məlumat yayıb. Bildirilib ki, sosial şəbəkələrdə narkotik satan şəxslərdən 131 kq heroin götürülüb.
RegionTV.info xezerxeber.az-a istinadən bildirir ki, Cəlilabadda polis əməkdaşları avtomobildən 32 kiloqramdan artıq narkotik vasitə aşkarlayıblar.
Rayonun Ocaqlı kəndində keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakinləri Salman Hüseynzadə və Amil Şərbətov sonuncunun idarə etdiyi avtomobildə saxlanılaraq polis şöbəsinə gətirilib.
Avtomobilə keçirilən baxış zamanı ümumi çəkisi 25 kiloqram 285 qram narkotik vasitə heroin, 6 kiloqram 920 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.
Bu arada sosial şəbəkələrdə narkotik satan şəxslərdən 131 kq heroin götürülüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 2019-cu illə müqayisədə 2020-ci ildə 642 kiloqram çox olmaqla, 1 ton 873 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib. Sosial şəbəkələr və digər internet informasiya resurslarından istifadə etməklə narkotik vasitələrin onlayn dövriyyəsi üzrə bir sıra faktlar əsasında şübhəli bilinən şəxslər əməliyyat yolu ilə tutularaq istintaqa təhvil verilib. Onlardan ümumilikdə 168 kiloqramdan artıq - 15 kiloqram 322 qram marixuana, 131 kiloqrama yaxın heroin, 10 kiloqram tiryək və digər psixotrop tərkibli, insan sağlamlığı üçün təhlükəli narkotik vasitələr götürülüb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də