Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Prezidentin göstərişlərinə əməl etməli olan məmurlar- DTX qapınızı döymədən ayılın!"






Kommunal xidmətlərlə əhatə olunmuş bütün sənədsiz evlərə heç bir əlavə şərt qoyulmadan “kupça” verilməlidir!

Azərbaycanda sənədsiz evlərin dövlət reyestrinə daxil edilməsi problemi hələ də qalmaqda, öz həllini gözləməkdədir. Min bir əziyyətlə başa gələn evlərinin tam hüquqlu sahibi olmaq və qeydiyyata düşmək hələ də bir çox sadə vətəndaşın arzusu olaraq qalır. Prezident İlham Əliyev məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə göstəriş versə də, hələ də gözlənilən nəticə hasil olmayıb. 2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verdiyini deyib: “Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq elə etmək lazımdır ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısı tam şəkildə alınsın. Sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər irəli sürülə, rüşvət, əsassız maraqlar ola bilər...”

Bakı və onun ətrafında sənədləşmə aparılmadan tikilən fərdi evlərin sayı yüz minlərlədir. Bəzi məlumatlara görə Bakı ətrafında 700 mindən yuxarı belə ev inşa olunub. Bundan əlavə, Bakı kəndlərində Sovet dövründən tikilmiş evlərin çoxusunun da “kupça”sı yoxdur. Bunlarla yanaşı, rayonlarda da 150-200 minə yaxın belə evlərin olduğu haqqında KİV-də məlumatlar yayılıb. Məlumdur ki, sənədsiz evlərlə bağlı Prezident Administrasiyası rəhbəri tərəfindən verilən sərəncamla reyestrdən keçməyən evlərin sənədləşdirilməsi ilə bağlı 26 sualdan ibarət sorğu blankı hazırlanıb. 26 sualın içərisində evlə bağlı mübahisənin olub-olmaması, evin tikinti standartlarına uyğunluğu, istifadə olunan torpağın faktiki sahəsi, torpağın ayrılmasına dair mövcud sənədlər və ayrılmış torpaq sahəsinin ölçüsü, əlavə torpaq sahəsinin zəbt olunub-olunmaması və zəbt olunmuş sahə barədə məlumat, torpağın mərzçəkməsinin və hasarının olub-olmaması, torpaq sahəsinin xarici vətəndaşa məxsus olub-olmaması, torpaq sahəsi ilə bağlı mübahisənin olub-olmadığı, torpağın kateqoriyası və mülkiyyət növü, evin və torpağın bir hissəsinin mühafizə zona və zolaqlarına, sürüşmə zonasına düşüb-düşməməsi və s. barədə məlumatlar qeyd edilir. Sorğu blankında Yerli Ekspert Komissiyasının rəyi, Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi, Yerli Ekspert Komissiyası üzvlərinin imzası, yaşayış evinin və torpaq sahəsi sahibinin imzası, formanın doldurulma tarixi də öz əksini tapıb. Bərəkallah bu bu “sorğu suallarını” hazırlayanlara. Orada əks olunan sualların əksəriyyətinə dair vətəndaşın (“müəyyən haaqq ödəmədən”) müvafiq sənədi alması imkan xaricindədir. Məsələn, on (bəlkə də yüz) illərlə dədə-babasından qalan evdə yaşayan vətəndaş evin tikinti standartlarına uyğunluğu (əgər uyğun deyilsə nə etməlidir?), torpağın ayrılmasına dair (olmayan) sənədləri haradan və kimdən almalıdır? Və ya yerli icra hakimiyyəti rəhbərləri tərəfindən müəyyən haqq müqabilində qanunsuz ayrılmış torpaq sahəsində tikilən fərdi evlərə (belələri yüz minlərlədir) dair olmayan sənədləri vətəndaş necə toplamalıdır? Heç bir sənədi olyan belə evlərin taleyi necə olacaq? Onu buldezerin qabağına salıb sökəcəklərmi? Bəs bu evlərin qanunsuz tikilməsinə göz yuman “qanun keşikçiləri” müvafiq cəzalarını alacaqlarmı, yoxsa vətəndaşın rüşvət verərək min bir əziyyətlə tikdiyi evi heç bir konpensasiya ödəmədən başına yıxacaqlar? 26 susladan ibarət “sorğu anketi”

ilə tanışlıq “Səni göndərirəm bitməz işə, adını da qoyuram yarıtmaz” atalar misalını yada salır. Görüdüyü kimi, “sorğu anketi” sənədsiz evlərə “kupça” verilməsi üçün rüşvətin alınmasına “əsaslandırılmş şəkildə” imkan yaradır. Ona görə də, hesab edirik ki, kommunal xidmətlərlə əhatə olunmuş bütün sənədsiz evlərə heç bir əlavə şərt qoyulmadan “kupça” verilməlidir! Dövlət əhəmiyyətli, mühafizə zolağına düşən ərazilərdəki, neft quyularının, yüksək gərginlikli elektrik xətlərinin, dəmiryolu xətlərinin yaxınlığındakı, dövlət müəssisələrinin ərazisində tikilən evlər, sahiblərinə müvafik kompensasiya verilməklə və başqa yerdə ev tikmək üçün torpaq sahəsi ayrılmaq şərti ilə sökülə bilər.

Təqribi hesablamalar göstərir ki, sənədsiz evlərdə, (eləcə də, mənzil tikinti kooperativlərində aldığı mənzilin100.0% haqqını ödəməsinə baxmayaraq “kupça” almadan) yaşayan əhalinin sayı 2 milyon nəfərdən çoxdur ki, bu da Azərbaycan əhalisinin 1/5-nə bərabərdir. Sənədsiz evlərin Dövlət Reyestrində qeydə alınaraq sahiblərinə müvafiq çıxarışların verilməsinə dair Prezident İlham Əliyevin göstərişlərinə lazımınca əməl etməyən və bu qədər insanın dövlətdən narazı qalmasına rəvac verən müvafiq səlahiyyət sahiblərinə qarşı nə vaxt və neçə ölçü götürüləcəkdir?

Məlumdur ki, Dövlət Reyestrindən “kupça” verildiyinə dair çıxarış üçün 30 manat dövlət rüsumu ödənilməlidir ki, bu işin vətəndaşın xeyrinə həll edilməsi dövlət büdcəsinə 21 milyondan artıq vəsaitin daxil olmasını təmin etməklə yanaşı, vətəndaşın dövlətə inamının artmasına zəmin yaradardı. Sənədsiz evlərin Dövlət Reyestrində qeydə alınaraq sahiblərinə müvafiq çıxarışların verilməsinə dair Prezident İlham Əliyevin göstərişlərinə əməl etməli olan məmurlar- DTX qapınızı döymədən ayılın!

Təkamül Partiyasının sədri Teyyub Qənioğlu

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də