
Parisdə keçirilən XVII paralimpiya oyunlarında Azərbaycanın məşhur idmançısı məğlub olub.
Bu gün paracüdoçumuz İlham Zəkiyev (+90 kq) J1 kateqoriyasında medallar uğrunda yarışa çıxıb
İlham Zəkiyev 1/4 finalda yerli idmançı Ceyson Qrandraya uduzub. O bürünc uğrunda təsəlliverici görüşdə iştirak edəcək. Zəkiyevin rəqibi niderlandlı Daniel Kneqt olacaq.
 
 
						 
 
 



 
					 
					 
					 
					 
					