
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın paraüzgüçüsü Vəli İsrafilovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı paylaşım edib.
Paylaşımı təqdim edirik:
"Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov “Paris-2024” Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısıdır! İdmançımızı təbrik edir, ona yeni qələbələr və nailiyyətlər arzulayıram!"

 
 
						 
 
 



 
					 
					 
					 
					 
					