Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Uşaqlarda heyvan sevgisi: Onlar böyüyəndə potensial cinayətkar ola bilər

Uşaqlarda heyvan sevgisi: Onlar böyüyəndə potensial cinayətkar ola bilər

Uşaqların heyvanlara münasibətində iki fərqli hal ilə qarşılaşırıq. Bəzi uşaqlar heyvanları əzizləyir, onları yemləyir, bəziləri isə daş atır, aqresiya göstərir.

 Uşaqların psixologiyasında bu davranış nə ilə formalaşır?

Mövzu ilə əlaqədar  danışan psixoloq Elmir Əkbər deyib ki, bütün adekvat valideynlər övladlarında insanlara, heyvanlara, bitkilərə, ətraf mühitə çevrəyə, ümumiyyətlə, hər şeyə qarşı diqqətli və qayğıkeş olmağı aşılamalıdırlar:


 “O evlərdə ki, aqresiya, şiddət var, o uşaqlarda ki, onlarda gələcəkdə ciddi problemlər olacaq qəzəblərini özlərindən balaca uşaqlara, bitkilərə, heyvanlara qarşı göstərə bilərlər. Hər qəddarlığı olan uşaq gələcəkdə psixopat olacaq. Çünki uşaqların müəyyən yaş dövrü var ki, heyvanların əziyyət çəkdiyini anlamırlar, empatiya hissi qura bilmirlər (empatiya hissi insana yaşla gəlir). Ailələr, valideynlər mütləq şəkildə ətraf aləmə sevgi ilə, qayğı ilə böyütməlidirlər. Bilməlidirlər ki, bu gün heyvanlara qarşı mərhəmət hissi olmayan uşaq onlar qocalanda onlara qarşı da sevgi və mərhəmət hissi olmayacaq”. 

 

Psixoloq Fidan Nizamova isə qeyd edir ki, burada məsələ ancaq tərbiyə deyil, həmçinin davranış formasıdır:

 “Ya bu davranış forması uşağın ailəsindəki insanların  təbiətə, heyvanlara olan münasibətini yansıdır, ya da ki, uşağın başqalarına, ailəsinə və ya onunla pis davranan insanlara bəli edə bilmədiyi aqresiyadır. Valideynlər bəzən buna çox sadə yanaşır. Biz bir dəftəri əzmirik, stolu, stulu qırmırıq, biz əgər ona acı veririksə, biz onu öldürürüksə, biz onu incidiriksə bir canlının, nəfəs alanın, ürəyi olanın, yaşayanın həyatı ilə oynuyuruq. Bu birbaşa gələcəkdə insanların şizofreniya olması üçün xəbərdarlıqdır.Həmin adamın psixoloji xəstəliklərlə mübarizə aparmasına qarşı siqnaldır. Normal psixoloji durum deyil. Əgər insanın vicdanı yoxdursa, empati qurması yoxdursa, acıma duyğusu yoxdursa,o heyvanın canlı olmasını dərk etmirsə, deməli psixoloji vəziyyətində problemlər var. Bayaq saydığımız duyğular varsa,a nası və ya atası heyvanlara qarşı şiddət göstərsə belə uşaqda “atam iti incidir, o yazıqdır, onun canı var, belə olmaz”- kimi düşüncələr yaranacaq. Əgər həmin duyğular yoxdursa, o da anasına atasına qoşulub eyni davranışları təkrarlayırsa, psixoloji probemlərdən söhbət gedir. 

Psixoloqun sözlərinə görə, uşaq nəyi canlıya edirsə, eyni şeyi insan üzərində edə bilmə ehtimalı artır. Həmin uşaq böyüyəndə potensial cinayətkar ola bilər:

“Belə bir hal baş veribsə və nəzarətə alınmayıb bir problemə dönüşübsə, bu uşaqları idmana yönəltsələr, çox yaxşı nəticə ala bilərlər. Çünki onun aqresiyası,acımasızlığı var,qəddardılar, hər şeyə hazırdırlar və incitmək həvəsləri var. Uşaqları bura yönləndirə bilərik ki, uşaqlar cinayətkar olmasın.  O uşaqların şiddətə aqresiyaya böyük həvəsləri var və artıq vərdiş halını alıb. Çünki əl öyrəşib və incitmək, şiddət, qan görmək, qırmaq, sındırmaq normallaşıb. Bu səbəbdən valideynlər bu məsələyə adi yanaşmasın. Qarışqanı belə əzmək, itə təpik vurmaq adi davranışlar deyil. Səhv salmamaq lazımdır ki, uşaq balaca olarkən sərçəni qovalaması şiddət hesab olunmur. Onun marağı var ki, o qaçacaq mən də onun ardınca qaçacam. Lakin bilərək canlını incitmək ciddi psixoloji problemdir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də